VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda hündürmərtəbəli binada başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda 17 mərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***11:39
Bakının Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, İsmayıl bəy Qutqaşınlı 63 ünvanında yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

Bina sakinləri təxliyyə edilib.

İlkin məlumata görə, yanğın elektrik şitinin partlaması nəticəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Nazirlikdən bildirilib ki, yanğın 17 mərtəbəli binanın 13 və 14-cü mərtəbəsi arasındakı elektrik şitində baş verib. Hazırda yanğının söndürülməsinə çalışırlar.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO