Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsini yoxlayıb.

BAKU.WS-in Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb.

Qəfil həyəcan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.

Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.