SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində sağda saxlanılmış avtomobillərə görə avtobus yolu dönə bilmir.

BAKU.WS
xəbər verir ki, bu barədə vəkil Vamiq Şükürov Facebook səhifəsində paylaşım edib. 

"Hörmətli Bakı Nəqliyyat Agentliyi, digər problemləri aradan qaldırdığınız kimi inşaallah bu problemi də aradan qaldırarsınız.

Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində sağda saxlanılmış avtomobillərə görə avtobus yolu dönə bilmir və bu üzdən də ərazidə ciddi sıxlıq müşahidə edilir.

Nərimanov metrosunun yaxınlığında ərazidə isə səkilər qanunsuz olaraq tutulduğu üçün insanlar yolun ortası ilə hərəkət edirlər. Bu isə təhlükədir. Şəkildən açıq-aşkar görünür",-deyə o, qeyd edib. 

BAKU.WS
VİDEO