SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadını avtomobil vurub.

BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Naməlum avtomobil Binəqədi rayonu, C.Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Binəqədi qəsəbə sakini, 1983-cü il təvəllüdlü Mehtiyeva Ramilə Əlizadə qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaralı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.
BAKU.WS