SİZİN REKLAM BURADA!
055 213 76 73


Şirvanda bədbəxt hadisə baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi kanalizasiya quyusuna düşərək boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS