SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunun Xoylu kəndində 2003 cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlunun ölümü ilə  nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Bu baradə BAKU WS-in bölgə muxbirinə sürücünün xalası oğlu Fuad Nəsibov açıqlama verib.

Onun sözlərinə görə hadisə zamanı yolun ortasında "VAZ 21 06" markalı avtomobil dayanıb.

Bu zaman "Lada Priora"  markalı" avtomobili idarə edən sürücü manevr edən zaman  yeniyetmı anidən "VAZ-2106" markalı avtomobilin arxasından çıxaraq "Priora"markalı avtomobilin üzərinə qaçıb.

Nəticədə piyada vurulub. Hadisə zamanı yaralı sürücü tərəfindən Gəncə şəhər Mərkəzi Kliniki Xəstəxanasına aparılıb, polisə də sürücü özü məlumat verib.

Həkimlərin bütün müdaxiləsinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS