SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanda 1nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında  Salyan-Neftçala avtomobil yolunun 9-cu kilometrliyində, rayonun Kürqaraqaşlı ərazi vahidliyinin Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 46 yaşlı Elsevər Nəcəfov idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə anidən idarəetməni itirib və yolun kənarına aşıb. Hadisə zamanı avtomobil çevrilərkən sürücü maşından 50 metr aralıya düşüb.

Qəza nəticəsində  müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib. Onun meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib
BAKU.WS
QALEREYA