SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda kəndin şəkillərini çəkən erməninin kimliyi bilinib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, bu Marqarisa Zakaryan Qranovundur. Digər erməninin isə şəxsiyyəti dəqiqləşdirilir.

Həmin şəxslərin ər-arvad olduğu bildirilir. Onlar Çaykənd kəndinin şəkillərini çəkərkən kənd sakinləri tərəfindən diqqəti çəkib. Hüquq-mühafizə oranlarına məlumat verildikdən sonra həmin şəxslər saxlanılıb.

Sənədlərinə baxarkən müəyyən edilib ki, saxlanılanlar ermənidir.

Onlar Gəncədə otellərdən birində qalırmış.

Faktla bağlı araşdırmalar davam etdirlir.
BAKU.WS