SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda mal-qara oğurluğu ilə məşqul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə muxbirinə verilən məlumata görə,  Goranboy  Rayon Polis Şöbəsinə iyun ayının müxtəlif vaxtlarında rayonun Şəfibəyli və Kəhrizli kəndlərindən ümumi dəyəri 2400 manat olan iki baş mal -qaranın oğurlanması barədə məlumat daxil olub.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş 37 yaşlı Elvin İsmayılov və 30 yaşlı Nicat Qulamov saxlanılıb.

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisələrini törətməklə 1 baş iri buynuzlu heyvanı oğurladıqları müəyyən olunub.

Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.Faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS
QALEREYA