Ağstafa rayonunda sürücü avtomobilini aşırıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobili aşırması nəticəsində avtomobildə olan 84 yaşlı Ömərova Nazan Məhəmməd qızı ağır xəsarət alıb.

Yaralı Ağstafa rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin təfərrüatları araşdırılır.

BAKU.WS


QALEREYA