Bütün ailə üzvlərini öldürən gənc islam qaydası ilə dəfn edilib - VİDEO

20
avq
2019
14:05
Rusiyada dəhşətli cinayət törədən və sonra özünü öldürən yeniyetmə müsəlman qaydası ilə dəfn edilib.BAKU.WS “ulpravda.ru” saytına istinadən xəbər verir ki, anası rus, atası tatar olan 16 yaşlı Tamerlan Kamaletdinovun cəsədi İslam qaydalarına uyğun yuyulub və kəfənlənib.Onu qətlə yetirdiyi ailə üzvlərinin yanında deyil, müsəlman qəbirsanlığında dəfn ediblər.Xatırladaq ki, ötən gün Tamerlan Kamaletdinov balta ilə 66 yaşlı babasını, 69 yaşlı nənəsini, 42 yaşlı anasını və 4 yaşlı əkiz qardaş və bacısını qətlə yetirib.Daha sonra dostuna zəng vuraraq, ailəni öldürdüyünü və intihar edəcəyini bildirib.Dostu ilə danışdıqdan sonra özünü evlərindən 500 metr məsafədə yerləşən mobil operator qülləsindən ataraq, canına qəsd edib.Yaxınları və qonşuların bildiriblər ki, yeniyetmə əvvəldən qeyri-adi hərəkətləri ilə diqqət mərkəzində olub. Lakin onun belə dəhşətli cinayət törətdiyini heç kim ağlına belə gətirməzdi.Qeyd edək ki, oğlan dostuna bildirib ki, özünü öldürmək fikrinə çoxdan düşüb. Lakin ailəsi onu çox sevdikləri üçün onun ölümündən sonra əzab çəkəcəklər. Bu səbəbdən də, yeniyetmə onları öldürüb.
Oxşar xəbərlər
Rusiyada dəhşətli cinayət - Yeniyetmə ailəsinin bütün üzvlərini baltadı - VİDEO
Rusiyada dəhşətli cinayət baş verib.BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Ulyanovov rayonu, Patrikeevo kəndində yaşayan bir ailənin 16 yaşlı oğlu...
