Zaqatalada növbəti dəfə zəlzələ baş verib. 

BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, təkanlar yerli vaxtla saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu, iki gün ərzində Zaqatalada baş verən 4-cü yeraltı təkandır. 
BAKU.WS