SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Zaqatalada üçüncü dəfə zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) BAKU.WS-ə verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə  Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

14:30

Azərbaycanın Şimal-qərb bölgəsində yenidən zəlzələ olub.

İlkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində yenidən zəlzələ qeydə alınıb. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yeraltı təkanların maqnitudası 3,4 bal günücndə olub.

12:05

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər. 

Zəlzələ barədə RSXM rəsmi məlumat da yayıb. RSXM-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub.

Zəlzələ hiss edilib.
BAKU.WS