SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətində daha bir nəfər "donuz qripi"ndən ölüb.


BAKU.WS
-in məlumatına görə, hadisə Noyabrsk şəhərində qeydə alınıb. Ölən şəxs 53 yaşlı Azərbaycan vətəndaşıdır.


Hadisə ilə əlaqədar Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətinin vilayət üzrə nümayəndəsi Lyudmila Neçepurenko açıqlamasında bildirib ki. ölümə səbəb 53 yaşlı kişinin həkimə gec müraciət etməsidir.


"Ölümə səbəb birinci hadisədə olduğu kimidir, xəstənin ilk 7 gün ərzində özünü müalicəyə cəhd etməsidir. O həkimə müraciət etməyib”, - deyə Lyudmila Neçepurenko bildirib,

Qeyd edək ki, bu Yamalo-Nenetsk Muxtar Vilayətində epidemiyanın səbəb olduğu ikinci ölüm faktıdır.

Ziya Babayev
BAKU.WS