Heydər Əliyev prospektində baş verən qəzanın görüntüsü kameraya tuş gəlib. 

BAKU.WS-in məlumatına görə, keçid olmayan yerdən yolu keçən piyada qəza şəraiti yaradıb. 

Yaşlı kişi sol hərəkət zolağı ilə sürətlə hərəkət edən avtomobilin onu vurmasından son anda xilas olur.

Qəfil manevr edən sürücünün idarə etdiyi maşın bardürü keçərək qarşı yola çıxır. 

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. 

Hadisənin görüntüsünü təqdim edirik:
BAKU.WS


VİDEO