055 213 76 73
Suriyanın Türkmən dağı bölgəsində müxaliflərin əlindəki son kənd olan Rabia qəsəbəsi də Bəşər Əsəd rejiminin nəzarətinə keçib.
BAKU.WS-in məlumatına görə, Bəşər Əsədin silahlıları və Rusiya Hərbi Hava Qüvvələrinin havadan dəstəyi nəticəsində Lazkiyenin şimalındakı strateji ərazi tam olaraq nəzarətə götürülüb.
Rusiya KİV-i yazır ki, türk qırıcıları tərəfindən vurulan SU-24 təyyarəsinin paraşütlə tullanaraq xilas olmaq istəyən pilotunu öldürənlər axtarılır.
Pilot Oleq Peşkovu vuran türk komandir Alparslan Çelik və dəstəsinin bölgədə olduğunu yazan rus KİV-i intiqam alınacağını bildirib. Döyüş bölgəsinə Türkiyənin Elazığ şəhərindən gedən Alparslan Çelik döyüş təyyarəsinin vurulmasından sonra pilotun öldürüldüyünə dair açıqlama vermişdi.
BAKU.WS