Bulvarda 21 yaşlı gənc özünü dənizə ataraq intihar edib - FOTO

01
avq
2019
23:10
Bakıda intihar hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, hadisə Dənizkənarı Bulvarda qeydə alınıb.Belə ki, adı və soyadı hələki bilinməyən təxminən 21 yaşlı gənc özünü dənizə atıb. Hadisə şahidlərinin sözlərinə görə, onun meyiti ərazidə xidmət aparan post patrul əməkdaşları tərəfindən sahilə çıxarılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qalereya
Oxşar xəbərlər
Bakıda dəhşətli intihar: Gənc qız özünü 4-cü mərtəbədən atdı
Bakıda gənc qız intihar edib. BAKU.WS xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qı...
