SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.

BAKU.WS
report-a istinadən xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.

Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.

Qarşıdurmanın səbəbi hələ məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.
BAKU.WS