VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda kütləvi dava olub.

BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar” stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. K.Qəribov xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

BAKU.WS