SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində qəza baş verib. Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub.

Avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla hadisə yerindən görüntüləri təqdim edir:




***15:07

Bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

***14:19
Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış 12:44-də gəlib.

Hadisə yerinə 5 biriqada gedib. 22 yaşlı qız qapalı kəllə beyin travması, yuxarı ətrafların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 20 yaşlı oğlan isə qapalı kəllə beyin travması alıb. Xəsarət alanların vəziyyəti ağırdır. 38 yaşlı kişi isə sol qolun sıyrılmış yarası alıb və yerində yardım edilib.

Digər yaralı, 33 yaşlı kişi sol çiyinin və sol baldırın travması alıb və yerində yardım edilib. Vətəndaş hospitalizasiyadan imtina edib.
BAKU.WS