VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, baş verən yol qəzasında 3 qadın xəsarət alıb.

Hadisə zamanı 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda onların müayinələri davam edir.

Ziya SƏCCAD
BAKU.WS