SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Türkiyədə metro tikintisi zamanı çökmə baş verib.

BAKU.WS 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Bahçelievler rayonunda baş verib.

Belə ki, metro tikintisi gedən ərazidə fəhlələr çalışarkən qəfil yerdə titrəyiş olub. Sonra isə gurultu səsləri gəlib və yer çöküb. Nəticədə ərazidə olan maşınlar da yerin dərinliyinə düşüb. Əraziyə xilasedicilər cəlb edilib.

Araşdırmalar zamanı məlum olub ki, tunel qazarkən yerin altından keçən su borularından biri zədələnib. Nəticədə su sızıntısı yaranıb və torpaq çöküb.

Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib.
BAKU.WS
VİDEO