Bakıda maşın yoluna çıxan kişi aləmi bir-birinə vurdu – VİDEO
 
                            
                            
                                22
                                iyl
                            
                                2019
                                09:34
                            
                            
                        Ötən gün axşam saatlarında naməlum şəxs Bakının Nərimanov rayonunda aləmi bir-birinə vurub.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.Bildirilir ki, “Nərimanov” metrosu yaxınlığında sərxoş bir kişi ictimai asayişi pozub. Sərxoş şəxs maşın yolunda dayanaraq yolu kəsib. Sürücüləri söyüb, maşınlara yumruğu ilə vurub.Bir neçə sürücü düşüb həmin şəxsi sakitləşdirməyə çalışıb. Lakin bu mümkün olmayıb.Hətta avtobus sürücüsü onunla dava etməyə başlayıb.Çox maraqlıdır ki, həmin vaxt yolda hüquq-mühafizə orqanları əməkdaşlarından heç kim olmayıb.Baş verən hadisənin görüntülərini təqdim edirik.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda maşın yandı – VİDEO
Bakının Xətai rayonunda avtomobil yanıb.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, hadisə ötən gün gecə saatlarında...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    