SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə azyaşlı uşaq çayda batıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nurəli oğlu Gəncə çayına yıxılıb.

Onun anasının əlindən qaçaraq çaya yıxıldığı deyilir.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hazırda onun meyitinin tapılması istiqamətdə tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA