SİZİN REKLAM BURADA!
055 213 76 73


İyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Nuranə Ədalət qızı Dadaşova tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişində məlum olub.

Verilişə müraciət edən qızın atası Ədalət Dadaşov canlı yayımla şok anlar yaşayıb.

Efirə Nuranənin bir qızla “whatsapp” yazışmaları təqdim edilib.

Yazışmalarda Nuranə atasının, anasının və onu sevənlərin nigarançılığına biganə yanaşması aydın görünüb. Bu hal verilişdə iştirak edən hər kəsi hiddətləndirib.
BAKU.WS
VİDEO