VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də yayımlanan "BizimləSən" verilişində bir-birindən ayrı düşən doğmaların 27 illik həsrətinə son qoyulub.

BAKU.WS-in məlumatına görə, verilişə üz tutan Nuranə adlı xanım onun varlığından xəbərsiz olan anasını tapıb.

Belə ki, 27 il əvvəl Nuranəni dünyaya gətirən anaya övladının dünyasını dəyişdiyini deyiblər.

Uşaq evində böyüyən Nuranə illər sonra anasının axtarışını çıxıb və həyatının şokunu yaşayıb. O, 27 ildən sonra anası ilə görüşüb. 

"Öldü deyilən" qızını bağrına basan ana göz yaşlarına hakim ola bilməyib.

Verilişin aparıcısı Zaur Baxşəliyev bildirib ki, bu illər ərzində Nuranə artıq ailə həyatı qurub və bir övladı var.

BAKU.WS