SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə hüquq-mühafizə orqanlarına müraciət edib.

BAKU.WS
report-a istinadən xəbər verir ki, Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib.

O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
BAKU.WS