SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallı-Yardımlı yolunda qəza : 4 nəfər yaralı var.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, qəza Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib. Rayonun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqov sükanı arxasında olduğu 10-MT-517 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə idarəetməni itirib və maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü ilə birgə avtomobildə olan həmkəndliləri - Ramal Xeyrulla oğlu Həsənov (1983) , Pərviz Cavanşir oğlu Qurbanov (1983) və Elxan Cavad oğlu Cavadov (1991) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib və vəziyyəti kritikdir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS