VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlıda yük avtomobili dərəyə yuvarlanıb, 1 nəfər ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir kİ, nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonunun Horonu kəndi ərazisində el arasında “Böyük Dərə” adlanan yerdəki otlaq sahədə baş verib. 

Belə ki, Köryədi kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Cavanşir oğlu Əbişov etibarnamə əsasında idarə etdiyi “KAMAZ 53212” markalı 10-DG-325 dövlət qeydiyyat nişanlı avtomobillə ot kipləri yığmaq üçün hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə avtomobil 500 metr məsafədə yuvarlanaraq dərəyə düşüb. 

Qəza nəticəsində avtomobildə olan sərnişin Yardımlı rayonu Arvana kənd sakini, 1978-ci il təvəllüdlü Namik Mirhəsən oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Onun həmkəndlisi 2001-ci il təvəllüdlü Rafiz İbrahim oğlu Həsənov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən qəbul edilmədiyi üçün Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyata alınıb. 

Ona qarının küt travması, qaraciyər zədələnməsi, sağ dirsək oynağının açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilən yaralının Reanimasiya Şöbəsində müalicəsi davam edir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
BAKU.WS
QALEREYA