VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə verdiyi məlumata görə, hadisə axşam saatlarında metronun “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:

“28 May stasiyaaından Gənlik stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaranıb. Qatar bir stansiya texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib.

Gənclik stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davan edib”, - deyə Bəxtiyar Məmmədov əlavə edib.
BAKU.WS