Avtomobil ehtiyat hissələri bahalaşıb
Bakıda işlənmiş avtomobil ehtiyat hissələrinin qiymətində ciddi artım müşahidə olunur.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, satıcılar qiymət artımının məhsulun növündən asılı olaraq 40 faizə çatdığını bildirirlər.
Ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, məhsulların əsasən Dubaydan idxal olunması qiymətlərə birbaşa təsir edir: "Bu hissələr Dubaya da müxtəlif ölkələrdən gətirilir ki, bu da son qiymətdə artıma səbəb olur".
Bundan əlavə, logistik xərclərin yüksəlməsi də ehtiyat hissələrinin qiymətinin artmasını şərtləndirən əsas amillər sırasındadır.
Oxşar xəbərlər
Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək?
Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin ikinci korpusunda təmir işlər...