055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “oxu.az”a bildirilib.
Verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.
Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər.
Hazırda yeniyetmələrin axtarışları davam edir.
Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də, günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu,
1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.
BAKU.WS