Hacıqabul ərazisində ağır qəza baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabuldan keçən hissəsində yüksək sürətlə hərəkətdə olan “Lada Priora” avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Avtomobil zərbənin təsirindən iki yerə bölünüb. Yaşı və şəxsiyyəti hələlik məlum olmayan gənc oğlan ətrafdakıların köməkliyi ilə maşından çıxarılıb.

Ağır yaralı halda olan sürücü xəstəxanaya yerləşdirilib.

Fərid ƏDALƏT
BAKU.WS


VİDEO