Ötən gün Bakının ayrı-ayrı rayonlarında və Abşeronda bir neçə nəfəri it dişləyib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, əsasən paytaxtın Sabunçu və Suraxanı rayonlarında bir neçə nəfər küçə itlərinin hücumuna məruz qalıb.

Belə ki, 60 yaşlı Fərman Mehdiyev, 21 yaşlı Elgün Əhmədov, 39 yaşlı Xaliq Qafarov və 53 yaşlı Fətəliyev Namiqi və daha iki nəfəri it dişləyib. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət ediblər və onlara müvafiq tibbi yardım göstərilib.


BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ