SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan-İran sərhədində yenidən problem yaranıb.

BAKU.WS-in sərhəddə olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında Astara istiqamətindəki keçid məntəqəsində, İran tərəfində yenidən problemlər yaranıb.

Belə ki, səhər saat 9-dan sonra İran tərəfi Azərbaycandan qarşı tərəfə keçmək istəyənləri buraxmır. Bildirilir ki, texniki problem yaranıb.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov BAKU.WS-ə bildirdi ki, məsələ araşdırılacaq və tezliklə açıqlama veriləcək.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO