SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlıə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS