Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib. Naməlum avtomobil yolu keçmək istəyən Ümid qəsəbə sakini Əfsanə Qurbanovanı vuraraq hadisə yerindən qaçıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ