Gürcüstanın azərbaycanlı bələdiyyə üzvü rüşvətə görə tutuldu

29
mar
2019
09:17
Gürcüstan polisi Marneuli bələdiyyə məclisinin (sakrebulo) və “Vahid Milli Hərəkat” partiyasının üzvü Rəhim Əsgərovu rüşvətə görə tutub.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat yerləşdirilib. İstintaq müəyyən edib ki, Əsgərov vətəndaşdan onu dövlət orqanında işə düzəltmək adı ilə 3 min lari (1,1 min dollar) rüşvət alıb.Vətəndaş həmin məbləğin bir qismini qabaqcadan, yarısını isə daha sonra ödəməli imiş.Rəhim Əsgərova qarşı rüşvətalma maddəsi üzrə cinayət işi açılıb. Onu 6-9 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlı bələdiyyə üzvü həbs olunub
Gürcüstanın Marneuli Bələdiyyə Məclisinin (Sakrebulo) azərbaycanlı üzvü Rəhim Əsgərov polis tərəfindən saxlanılıb.ONA-nın Gürcüstan mediasına istinadən verdiyi...