SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Los-Ancelesdə uzun müddət axtarışda olan erməni cinayətkar yaxalanıb.

BAKU.WS
-in məlumatına görə, 37 yaşlı Artyom Qasparyan polislə silahlı incident zamanı yaralanaraq həbs edilib. Onun uzun müddət axtarışda olduğu bildirilir. Artyom Qasparyan bir neçə şəxsin ölümündə və soyğunçuluqda günahlandırılır. Uzun müddətdir polisdən gizlənə bilən Artyom Qasparyan kriminal aləmlə də sıx bağlıdır.


Onu küçədə polis əməkdaşları görüblər. Saxlamaq istəyərkən Artyom Qasparyan müqavimət göstərib və odlu silahdan atəş açıb. Onun saxlanılması üçün xüsusi əməliyyat təşkil edilib.

Bir neçə saat ərzində keçirilən əməliyyat zamanı Artyom Qasparyan yaralı halda saxlanılıb.

Ziya Babayev

BAKU.WS