SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınmışdır.

BAKU.WS xəbər verir ki, zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunmuşdur.

Fevralın 6-da səhər saatlarında Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə səfər ediblər. 

BAKU.WS