Rusiyanın Tosno şəhərində azərbaycanlı döyülərək öldürülüb.
 
BAKU.WS-in məlumatına görə, polis həmyerlimizi döyən iki nəfəri saxlayıb. 27 dekabrda axşam 8 radələrində Tosno polisinə Lenin prospektində mənzildən meyit aşkarlandığı ilə bağlı məlumat daxil olub.
 
Dərhal hadisə yerinə gedən polislər döyülən şəxsin bədənində travmalar olduğunu görüblər. Araşdırmalar zamanı ölən şəxsin 39 yaşlı azərbaycanlı olduğu məlum olub. 
 
Bir müddətdən sonra qətldə şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan biri mənzilin 36 yaşlı sahibi, digəri isə onun 26 yaşlı dostudur. 

Faktla bağlı cinayət işi açılıb.
 
BAKU.WS