SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Ural bölgəsində baş verən qalmaqal dünya mətbuatının diqqət mərkəzindədir.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bölgədə mərkəzi xəstəxanda uzun müddət işləyən həkimlərdən birinin manyak olduğu məlum olub.

Araşdırmalar zamanı xəstəxanada uzun müddət həkim işləyən Boris Kondraşinin qanunsuz əməlləri ifşa olunub. İlkin məqamda məlum olub ki, Boris Kondraşinin diplomu saxtadır.

Bundan başqa, onun qatı cinayətkar və manyak olduğu aşkarlanıb. Demə ki, 1998-ci ildə Boris Kondraşin qətldə günahlandırılıb. Belə ki, Boris Kondraşin həmin vaxt sinif yoldaşını vəhşicəsinə öldürüb və qanını içib.

Onun atası psixologiya şöbəsində baş həkim işlədiyi üçün oğlunu xilas edə bilib. O, Boris Kondraşini psixiatriya xəstəxanasına yerləşdirib və uzun müddət orada müəlicə alıb.

Daha sonra o, azad olunub. Bir müddətdən sonra saxta diplom alıb və həkim kimi işləməyə başlayıb.

Araşdırmalardan sonra Boris Kondraşin 10 il azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Cavid Babayev
BAKU.WS