VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cənubi Afrikada dəhşətli cinayətlər törədən manyak yaxalanıb.


BAKU.WS
-in məlumatına görə, polisin keçirdiyi əməliyyat nəticəsində uzun müddətdir Cənubi Afriakda yaşayan əslən danimarkalı olan 63 yaşlı Peter Frederiksen saxlanılıb.

Saxlanılan şəxs 2010-cu ildən başlayaraq Cənubi Afrikada bir çox qadını zorlamaqda, qətlə yetirməkdə günahlandırılır. Lakin Peter Frederiksenin ən dəhşətli əməli isə hər kəsi şoka salıb. Demə 63 yaşlı manyak qadınları zorladıqdan sonra onlara narkotik maddə verib, sonra cinsiyyət orqanlarını kəsirmiş. Peter Frederiksen qadınlardan kəsdiyi orqanları toplayırmış.

Peter Frederiksenin arvadi 28 yaşlı Anna Molisə polisə bildirib ki, əri onun da cinsiyyət orqanını kəsib. Polis Peter Frederiksenin evində axtarış apararkən oradan çoxlu qadınlara məxsus xüsusi maddədə saxlanılan cinsi orqan tapıb. Bundan əlavə, demə manyak evində xüsusi əməliyyat otağı hazırlayıbmış. İxtisasca həkim olan Peter Frederiksen bütün əməliyyatları tibbi şərait əsasında özü həyata keçirirmiş.


Polisin verdiyi məlumata görə, Peter Frederiksen həbs edilənə qədər heç bir inayətdə günahlandırılmayıb. Onun ilk məhkəməsi baş tutub.

Məhkəmədə dindirilən Peter Frederiksen əməlindən peşman olmadığını bildirib: "Mən bu işimdən həzz alıram. Peşman deyiləm”.
Məhkəmə saxlanılan şəxsin digər cinayətlərinin də araşdırılması üçün prosesi müəyyən müddətə təxirə salıb.

 

Ziya Səccad
BAKU.WS