Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü yaralanıb.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS