SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakıda 3 nəfər itkin düşüb.

BAKU.WS xəbər verir ki, hadisələr Yasamal, Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb.

Belə ki, dünən saat 14 radələrində Ş.Mehdiyev küçəsi ev 81, mənzil 41 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Ramin Dadaş oğlu Eminli itkin düşüb.

O, idarə etdiyi BMW-525 markalı, göy-qara metalik rəngli, 99 LM 922 dövlət nömrə nişanlı avtomobillə yaşadığı evin həyətindən çıxaraq geri qayıtmamışdı.

Digər hadisə isə Nəsimi rayonunda qeydə alınıb. Həmin rayonun A.Mustafayev küçəsində yaşayan 1969-cu il təvəllüdlü Nərgiz Zəkər qızı Hüseynova polisə müraciət edib.

Qadın Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə şikayət edərək bildirib ki, onunla birlikdə yaşayan 1988-ci il təvəllüdlü Günel Əzizağa qızı Dadaşova yoxa çıxıb. O, evdən çıxıb və geri qayıtmayıb.

Üçüncü hadisə Nərimanov rayonunda qeydə alınıb. Həmin rayonda yaşayan 1963-cü il təvəllüdlü Sayıfsul Camal qızı Samalova Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib.

O, bildirib ki, övladı 1998-ci il təvəllüdlü Əhməd Nadir oğlu Camalov səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS