Tahir İmanov: “Onlar şərəfsiz, tərbiyəsiz insanlardır...”

Tahir İmanov: “Onlar şərəfsiz, tərbiyəsiz insanlardır...”
Hadisə 3557

Ötən gün "JW Marriott Absheron" otelində toyu olan əməkdar artist Tahir İmanovun adından saxta facebook profili açılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əməkdar artistin oğurlanan profili vasitəsi ilə dostluqlar göndərilir, məlumatlar paylaşılır.

BAKU.WS xəbər verir ki, hadisəylə bağlı Tahir İmanov musavat.com-a açıqlama verib. O, bildirib ki, onun heç bir zaman feysbuk profili olmayıb, adı çəkilən profil saxtadır:

"Mənim adımdan nalayiq sözlər yazılıb. Onlar şərəfsiz, simasız, tərbiyəsiz insanlardır".

Əməkdar artist bununla bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib:

"Onlar ən böyük məhkəməyə layiqdir, bu da Allahın cəzasıdır. Dəyərli vaxtımı bu cür olaylara sərf etmək istəmirəm".

Xatırladaq ki, ötən gün Tahir İmanovun toy mərasimi keçirilib. Məlumata görə, onun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır.

BAKU.WS

Oxşar xəbərlər

Tahir İmanovun həyat yoldaşının eksklüziv fotoları (VİDEO, FOTO)

Tahir İmanovun həyat yoldaşının eksklüziv fotoları (VİDEO, FOTO)

Ötən gün əməkdar artist, rejissor Tahir İmanovun "JW Marriott Absheron" hotelində toy mərasimi baş tutub. BAKU.WS məlumat verir ki, İmanov tanınmış azərbaycan...

23924 Şou-biznes 13:49 26 dekabr 2015

Son xəbərlər