SİZİN REKLAM BURADA!
055 213 76 73




Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS