SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib. 

H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 
 
BAKU.WS