055 213 76 73
Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.
14.36
Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.
Ölənlər:
Xaçmaz rayon sakinləri -
Coşqun Kamil oğlu Qasımov,
Zakir Eldəniz oğlu Abasov,
Nahid Teymur oğlu Məmmədov.
11.17
Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 40 BS 143 nömrəli “VAZ 21010” markalı avtomobil 40 BL 944 “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
BAKU.WS