SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda faciəvi hadisə baş verib.


BAKU.WS
-in məlumatına görə, Qarabağ küçəsində yerləşən hündürmərtəbəli binaların birində liftin trosu qırılıb. Nəticədə lift birinci mərtəbədən sürətlə zirzəmiyə düşüb.

Hadisə nəticəsində liftdə olan 7 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara aparılıblar. Hadisə şahidlərinin sözlərinə görə. Yaralılardan bir neçəsinin vəziyyəti son dərəcə ağırdır.

Qafqazinfo-nun məlumatına görə, liftdə olanlardan 3 nəfəri azyaşlı olub. Hazırda Nərimanov rayon prokuroru və Nərimanov RPİ. 18-ci PB-nin rəis müavini də sözügedən binadadır və əraziyə baxış keçirilir.

Ziya Babayev
BAKU.WS